Şikayət / Ölkə

Tanınmış jurnalist “Azercell”dən şikayətçidir – FOTO

26-05-2017, 16:11

Tanınmış jurnalist Əzizə İsmayılova ölkənin ən böyük operatoru olan “Azercell”dən şikayət edib.

Xeberman.com Oxu.Az-a istinadən xəbər verir ki, xanım jurnalist iddia edir ki, şirkət onun balansından 10 manat pul çıxıb.

“Dünən 10 manat internetə pul vurmuşam. Dərhal mesaj gəldi ki, pul yükləndi. İnterneti söndürmüşəm. Lazım olan rəqəmi yazıb 2525-ə göndərmişəm. Mənə cavab gəldi ki, balansınızda kifayət qədər pul yoxdur. Bir də balansı yoxlamışam, 0 qəpik”.

Ə.İsmayılova deyir ki, şirkətin müştəri xidmətindən ona bildirilib ki, bunun üçün “stop ay” yazıb 2525-ə göndərmək lazımdır:

“Qeyd olunan əməliyyatı yerinə yetirsəm də, heç bir nəticə olmadı. Üstəgəl, dedilər ki, bizdə göstərir ki, siz artıq internet paketini almışsınız. İndi də məlum olur ki, sən demə, gərək “stop” yazıb göndərməyəydim.

Yəni, o boyda şirkətin nümayəndəsi özü də baş açmır ki, nə nədi, necə olmalıdır. Adam özü israr edib ki, göndər, indi də deyir, “gərək göndərməzdin”. Bir sözlə, 10 manatımın arxasına keçdilər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]