Xəbərlər

Müdafiə Nazirliyi orduda smartfonlar haqda

21-05-2017, 12:14
Müdafiə Nazirliyi orduda smartfonlar haqda
Müdafiə nazirinin müvafiq əmrinə əsasən, 2014-cü ilin əvvəlindən başlayaraq ölkənin Silahlı Qüvvələrində, xüsusən də cəbhəyə yaxın zonada yerləşən hərbi hissələrdə foto və videoyazı funksiyalarına malik, həmçinin internetə çıxışı olan mobil qurğulardan istifadə qəti surətdə qadağandır.

Virtualaz.org-un məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyindən haqqin.az-ın "Əsgərdən smartfonu alın" məqaləsinə cavab olaraq bildiriblər.

Müdafiə Nazirliyindən həmçinin qeyd ediblər ki, qurumun müvafiq orqanları bu sahədə daim monitorinqlər aparırlar. Qanun pozuntularının aşkarlandığı hallarda hərbi qulluqçular, həmçinin də vəzifəli şəxslər ciddi cəzalandırılırlar.

Xatırladaq ki, haqqin.az-ın məqaləsində smartfonlardan istifadə edən Azərbaycan hərbi qulluqçularının erməni xüsusi xidmət orqanlarının təxribatlarının potensial qurbanı olduqlarından bəhs olunurdu.

Administratorla əlaqə

077 611-55-22

[email protected]