Xəbərlər / Maraqlı

Dünyanın ən uzunömürlü qadını vəfat edib

15-04-2017, 23:31
Dünyanın ən uzunömürlü qadını vəfat edib
İtaliyada dünyanın ən yaşlı qadını Emma Morano vəfat edib.

Oxu.Az xəbər verir ki, APA-nın TASS agentliyinə istinadən məlumatına görə, planetin ən yaşlı qadını hesab edilən E.Morano 118 yaşında dünyasını dəyişib.

E.Morano 1899-cu ildə İtaliyanın şimalındakı Pyemont vilayətində anadan olub. Son illər o Pyemontun Laqo-Macore gölü yaxınlığındakı evində yaşayıb. E.Moranonun ölümünün səbəbi açıqlanmır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]