Foto Fakt

Dünyanın ən yaşlı insanı 145 yaşındadır - FOTO

10-09-2016, 21:18
Dünyanın ən yaşlı insanı 145 yaşındadır - FOTO 

İndoneziya hökumətinin rəsmi sənəd axtarışlarında təsadüfən ortaya çıxan və təvəllüdü 31 dekabr 1870-ci il doğumlu xəstəxana hesabatı ilə sənədləşdirilmiş Mbah Gotho adlı 145 yaşlı kişinin dünyanın ən yaşlı insanı olduğu açıqlanıb.

Xeberman.com xarici KİV-ə istinadla xəbər verir ki, İndoneziyanın Java adasında yaşayan həmin şəxsin ondan əvvəl "Dünyanın ən yaşlı insanı” adına sahib olan 122 yaşlı Jeanne Calment adlı fransız qadının rekordunu qırdığı elan edilib.

10 bacı-qardaş olduqlarını, dörd dəfə evləndiyini və sonuncu həyat yoldaşını 1988-ci ildə itirdiyini söyləyən Gothonun bütün bacı-qardaşları və uşaqları həyatını itirib.

Hal-hazırda nəvəsi ilə birlikdə yaşayan Gotho, həyatda təkbaşına qaldığını və ölümə hazır olduğunu ifadə edərək "Dəfn olunacağım məzarı 24 il əvvəl öz əllərimlə hazırlamışam. Artıq ölmək istəyirəm” deyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]