Əsas Səhifə / Dünya

Kolumbiyada BMT əməkdaşı qaçırıldı

6-05-2017, 22:59
Xeberman.com "Vesti Ru" ya istinadən xəbər verir ki, BMT-nin işçisi Arley Lopes Kolumbiyada narkotik istehsalında istifadə olunan koko bitkisinin əvəzinə hansı qanuni bitkilərin əkilə biləcəyini araşdırırmış. Lakin onun araşdırması yarımçıq qalıb. Belə ki, Lopes çərşənbə günü Quaviar vilayətində silahlılar tərəfindən qaçırılıb.

BMT əməkdaşını əsir götürən şəxslərin sülh müzakirələrini rədd edən bir qrup FARC partizanı olduğu bildirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]