Xəbərlər

“İtlərin toyu”nda iştirak etdiyinə görə Aşıqlar Birliyindən qovulan musiqiçi danışdı - VİDEO

27-04-2017, 17:22

Xəbər verdiyimiz kimi, Goranbaydakı iş adamı Qalib Mustafayevin itlərinin toyundan iştirak edən balaban ifaçısı Haqverdi Əliyev Azərbaycan Aşıqlar Birliyindən çıxarılıb.

Xeberman.com xəbər verir ki, “Xəzər Xəbər”ə açıqlama verən musiqiçi toyda “bəy və gəlin”in itlər olacağından xəbərsiz olduğunu deyib. Amma toyda itlərə bəy tərifi demələrini də gülərək boynuna alır.

Haqverdi Əliyev ona qarşı olan iddiaların əsassız olduğunu deyir. O, Aşıqlar Birliyinə qərarı dəyişmək üçün yenidən müraciət edəcək.

İtlərə bəy tərifi deyən aşıq Şəmməd isə toyun normal bir mərasim olacağını zənn etdiyi üçün getdiyini deyir.

Toydakı əziyyətlərinə görə pul belə almadıqlarını deyən aşıqlar bu videonun yayılmasını onlara qarşı edilən təxribat olduğunu deyirlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]