Gündəm

Tanınmış vəkil həbsdəki jurnalistin müdafiəsinə qoşuldu

24-04-2017, 23:28
Xeberman.com-un verdiyi məlumata görə, tanınmış vəkil Bəhruz Bayramov həbsdə olan jurnalist Cavid Şirəliyevin müdafiəsinə qoşulub. Bu barədə Gununsesi.info-ya açıqlama verən vəkil deyib ki, bir neçə ildir həbsdə saxlanılan jurnalistlə görüşüb: “Onun səhhətində ciddi problemləri var. Həmçinin, istintaq və məhkəmə proseslərində prosesual hüquqları kobud şəkildə pozulub”.
Qeyd edək ki, www.7gun.az xəbər portalının baş redaktoru Cavid Şirəliyev 2016-cı il mayın 22-də Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsi tərəfindən hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (CM-in 182.2.1 və 182.2.4-cü maddələri) 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Şirəliyev 2014-cü il avqustun 30-da polis tərəfindən saxlanılıb və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. O, 2013-cü il iyunun ortalarında Orucov Asif Akif oğlu ilə əlbir olaraq, Xankişiyeva Şəfiqə İsmayıl qızını Tovuz rayonunun Qovlar kəndində yerləşən “Tatar” kafesində qumarxana olduğu haqqında nüfuzdan salan material yaymaqla hədələyərək, ondan 2 min manat tələb etməkdə ittiham olunur.
O, ittihamları rədd edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]