Xəbərlər

Klinton Trampı məsxərəyə qoydu – FOTO

24-04-2017, 16:28

ABŞ-ın sabiq prezidenti Bill Klinton Ağ evin hazırkı rəhbəri Donald Trampı məsxərəyə qoyub.

O, “Tvitter”də Prezident mərkəzi və Uilyam Klinton Kitabxanası yaxınlığında quraşdırılmış çəyirtkə abidəsinin yanında çəkdirdiyi şəkili paylaşıb.

Xeberman.com xəbər verir ki, o, şəklə “Təcili: İndicə bildik ki, “Klinton mərkəzi” dinlənilirmiş”.

İş ondadır ki, “bug” ingiliscə “dinləmək” və “həşərat” mənasını verir. Bu zarafatla Klinton daha öncə seçkiqabağı kampaniyada Obama administrasiyası tərəfindən izləndiyini və telefon danışıqları dinləndiyi deyən respublikaçını sancıb.

Bununla yanaşı, Konqresin kəşfiyyat üzrə komitə üzvləri Donald Trampın iddialarını təsdiqləyə biləcək heç bir məlumat almadıqlarını da bildirmişdilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]