Əsas Səhifə / Dünya

Borçalının qubernatoru istefaya getdi

21-04-2017, 20:59
Borçalının qubernatoru istefaya getdiGürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili istefaya gedib.

Axar.az xəbər verir ki, Xizanaşvili istefa ərizəsini öz istəyi ilə yazıb. Buna səbəb ona başqa vəzifənin həvalə olunmasıdır. Lakin hələlik məhz hansı vəzifənin eks-qubernatora verildiyi bildirilmir.

Qeyd edək ki, Xizanaşvili 2014-cü ildən Kvemo-Kartlinin qubernatorudur.

Kvemo-Kartli vilayətinin əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil edir. Azərbaycanlılar, özəlliklə, Marneuli, Dmanisi, Bolnisi və Qardabani rayonlarında üstünlük təşkil edirlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]