İqtisadiyyat

«AtaBank»da nə baş verir? - Elnur Qasımovun istefasının pərdəarxası

20-06-2016, 17:51

Bir müddət əvvəl istefa verən «AtaBank» ASC İdarə Heyətinin Elnur Osmanovun postundan ayrılması ətrafında müəmma davam edir.

MilliYol.Az xəbər verir ki, İdarə Heyətinin sabiq üzvünün öz istəyi ilə istefa verdiyi deyilsə də, onun buna məcbur edildiyi bildirilir.

İddia olunur ki, Elnur Osmanovun məcburi istefaya göndərilməsinə səbəb onun məhkəməyə saxta arayış təqdim etməsi olub. Belə ki, boşanma tələbi ilə məhkəməyə müraciət edən Elnur Osmanov məhkəmənin tələbi ilə istənilən əmək haqqı arayışında saxtakarlığıa yol verib. Elnur Osmanovun məhkəməyə təqdim etdiyi saxta arayışı isə həmin vaxt bankın İdarə Heyətinin sədri işləyən Etibar Babaşlı tərəfindən verildiyi deyilir.

Bu da son deyil. Elnur Osmanov İdarə Heyətinin üzvü olduğu müddətdə «AtaBank» ASC-dəki vəzifəsindən süi-istifadə edərək külli miqdarada qazanc əldə edib. Onun bu məsələlərdə əsas dəstəkçisi və şəriki isə Etibar Babaşlı olub. İddia olunur ki, «AtaBank» ASC-nin əməkdaşlıq etdiyi bütün şirkətlər məhz Elnur Osmanovla Etibar Babaşlıya məxsus olub. Hər iki şərik bu şirkətlər vasitəsi ilə bankdan külli miqdarda pul çıxardıb.

Şəriklərin əsas qazanc mənbələrindən biri də kreditlərin verilməsi prosesi olub. Belə ki, onlar sahibkarlara verdikləri böyük məbləğli bütün kreditlərdən yüksək miqdarda «şapka» alıb. Deyilənə görə, bu zaman onlar Beynəlxalq Bankda olduğu kimi girovsuz, bəzən isə saxta girovlarla kredit veriblər.

Elnur Osmanovla bağlı başqa bir iddia isə onun bankdan yaxın adamlarının adına müxtəlif yollarla kredit çıxartması olub. Məlumatlara görə, bu kreditlər olduqca aşağı faizlə və girovsuz verilib. Bu pullar isə Elnur Osmanov və şəriki Etibar Babaşlı böyük biznes şəbəkəsi qura bilib. Bu biznes sahəsinə Göyçayda 100 hektarlarla ərazidəki əkin sahələri, Türkiyədə turizm şirkəti, Bakıda çap evi və başqa biznes obyektləri daxildir.

Bütün bunlar ortaya çıxarılandan sonra bankın İdarə Heyəti Elnur Osmanovun məsələsini müzakirə edib. Hətta bu zaman onunla bağlı korrupsiyaya qarşı mübarizə idarəsinə məlumat verilməsi ilə bağlı fikirlər səsləndirilib. Lakin Etibar Babaşlı məsələyə müdaxilə edəorək, şərikini xilas edə bilib. Çünki Etibar Babaşlı bu halda problemin ona da çağacağını yaxşı başa düşüb. Elə buna görə də Elnur Osmanovun xilası üçün əlindən gələn hər şeyi edib. Hətta buna görə şərikini «könüllü şəkildə» istefa ərizəsini yazmağa məcbur edə bilib.

Hələlik hər şey həll olunsa da, Elnur Osmanovun rahat olmadığı bildirilir. Çünki «AtaBank»dakı korrupsiya faktları ortaya çıxsa, hüquq-mühafizə orqanları araşdırmalara başlayacaq. Bu zaman isə bütün saxtakarlıqlar ortaya çıxacaq. Mediada yayılan məlumatlara görə, Elnur Osmanov öz adına şirkətləri, evləri, avtomobilləri və obyektləri qardaşınının adına keçirdir. Çünki onun həbsi hər an gündəmə gələ bilər.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]