Xəbərlər

Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib – FOTO

19-04-2017, 21:51

Təlimlər zamanı Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin dinamik dəyişən vəziyyət və qəbul edilən qərarlara dair məruzələrini dinləyib

Bu barədə Xeberman.com -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması və qoşunların idarə olunması üzrə göstərişlər verilib.

Verilən taktiki müdaxilələr üzrə dəyişən şəraitdə qoşunların tapşırıqları düzgün qavramaları və yerinə yetirmələri məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissələrin və bölmələrin ərazidə praktiki fəaliyyəti yoxlanılıb.

Əsas diqqət silahlanmaya yeni qəbul edilmiş silah və hərbi texnikanın tətbiqi ilə taktiki fəaliyyətlərin yeni üsullarına yönəldilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]