Elm

Bu gecə böyük asteroid Yerə yaxınlaşacaq - Video

19-04-2017, 18:20

NASA radar stansiyası 2014 JO25 astereodinin fotoşəkillərini yayıb.

Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, fotoşəkillər NASA-nın rəsmi saytında yerləşdirilib.

Verilən məlumata görə, sözügedən asteroid bu gün Yer kürəsinə yaxınlaşacaq. İddialara görə, o, planet səthindən iki milyon kilometrdən də az olan bir məsafədən keçəcək.

Alimlər Qoldstoun radarları ilə sözügedən asteroidin forma və tərkibini müəyyən etməyə çalışıb. Məlum olub ki, bu asteroid “qantel” və ya “uzunboğaz çəkmə” formasındadır.

Asteroidin bir hissəsinin diametrinin 620 metr olduğunu müəyyən etsələr də, digər “yarımkürə”nin tam ölçüsü, hələ ki, dəqiq deyil. Lakin təxminlərə görə, bu, 640 metrdən 1,5 kilometrə qədər ola bilər.

Alimlər ümid edir ki, bu gün də daxil olmaqla, gələcək üç gün ərzində NASA radarları və Puerto-Rikoda yerləşən Aresibo radioteleskopu vasitəsilə bu asteroidin çoxsaylı fotolarını çəkməyə müvəffəq olacaqlar.

Asteroid 19 aprel tarixində Yer planetindən 1,77 milyon kilometr uzaqlıqda olacaq.

Astronomların fikrincə, onun sürəti rekord həddə – saniyədə 33 kilometr olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]