Xəbərlər

Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

17-04-2017, 23:57

Aprelin 19-da Yer kürəsinə yaxın məsafədə potensial təhlükəli “2014 JO25” asteroidi keçəcək. Böyük ölçülərə malik səma cismi planetimizə son 400 il ərzində ən yaxın məsafədə yaxınlaşacaq asteroid olacaq.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı “Slooh” onlayn-rəsədxanası yayıb.

Səma cismi 2014-cü ildə ABŞ-ın Maunt-Lemmon rəsədxanasında avtomatlaşdırılmış teleskop vasitəsi ilə aşkarlanıb.
Müxtəlif versiyalara əsasən, asteroidin diametri 640 metrdən 1,5 kilometrə qədər çata bilər. Asteroid Yer kürəsindən 1,77 milyon kilometr məsafədə (Yerlə Ay arasında olan məsafədən 4,6 dəfə çox) keçəcək.

Qeyd olunur ki, planetimizə yaxınlaşan zaman “2014 JO25” asteroidini hətta həvəskar teleskopları vasitəsi ilə görmək mümkün olacaq.

“2014 JO25” asteroidi Yer kürəsində həyat üçün təhlükəli sayılan obyektlərin siyahısına daxildir. Bu səma cisimləri Yer kürəsindən 0,05 astronomik vahid məsafəsində (Yerlə Ay arasında olan məsafədən 19,5 dəfə çox) keçməlidirlər, onların diametri isə 100-150 metrdən çox olmamalıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]