Əsas Səhifə / Texnologiya
Alimlər spirt vasitəsilə məlumat transferini həyata keçirdi
31-01-2014, 22:28
Bəzi heyvan və bitkilərin ünsiyyəti molekulyar mesaj kanalı ilə siqnal ötürülməsi vasitəsilə baş verir. Məsələn, bəzi həşəratlar gözlənilən təhlükə barədə xəbərdarlıq üçün feromon ifraz edir. Oxşar prinsipləri əsas götürərək, alimlər informasiyanın kəsintisiz ötürülməsini təmin edən ilk molekulyar kommunikasiya sistemini hazırladılar.
Analoji kommunikasiyan sistemləri kimi informasiya ardıcıl ikili siqnallara çevrildi, bu sıfır-birlər isə ətraf mühitə adi spirt molekulu buraxmaqla qurğunun işini idarə edirlər.
Bu qeyri-adi molekulyar kommunikasiya sistemlərini York (York University), Boyük Britaniya, Kanada və Vorvik universiteti (University of Warwick) alimləri tərəfindən hazırlanıb.
Bu metodla ötürülən ilk məlumat "O Kanada" olub, bu da spirt dalğaları şəklində kodlaşdırılmışdı. Bir neçə metr məsafədə səhvsiz məlumatları qəbul və emal edən qəbuledici dayanmışdı.
Alimlərin məlumatına görə bütün avadanlıqlar standard komponentlərdən toplanıb, bunun üçün isə təxminən yüz dollar xərclənib. İnformasiyanın simsiz ötürülməsinin bu forma texnologiyası çox qeyri-adidir, ancaq onun gələcəkdə nə dərəcədə tətbiq olunması məlum deyil.
Mənbə:iKTXəbər.net