Xəbərlər

“Mal piri”: Sakinlər bura xəstə heyvanları gətirirlər ki, sağalsın – VİDEO

19-04-2017, 01:34

Cəhalət xurafata, xurafat da məntiqə sığmayan gülünc hallara səbəb olur.

Xeberman.com Xəzər TV-yə istinadən məlumat verir ki, Ağdaşda sakinlərin “mal piri” adlandırdığı yer heyvanlarla ziyarət olunur. Onlar buraya gətirilən heyvanların xəstələnməyəcəyinə, xəstədirsə sağalacağına inanırlar.

Kəndlilər xəstə heyvanlar üçün baytara müraciət etmək əvəzinə, “mal piri”nə üz tuturlar.

Sakinlər inanır ki, daş müqəddəs, ətrafında bitən otlar isə şəfa verən bitkilərdir. Heyvanlar bu otlardan yiyəndə xəstəlik tapmır.

Şıxlı kənd sakinləri buna inansa da, bir çoxlarının münasibəti birmənalı deyil.

Bir çoban itdiyinə görə “mal piri” adı verilmiş bu yerin məqsədini anlamaq üçün azca düşünmək kifayət edir. Ancaq cəhalət imkan versə.

Administratorla əlaqə

077 611-55-22

[email protected]