Dünya

KİV: İŞİD-in lideri əl-Bağdadi həbs edilib

18-04-2017, 19:20

İŞİD lideri Abu Bəkr əl-Bağdadi Mosuldan qaçarkən həbs edilib. Əl-Bağdadi İraq ilə Suriya arasındakı sərhədi keçərkən saxlanılıb.

Xeberman.com Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə BMT-nin Təhlükəsizlik və İnformasiya Komitəsi yanında fəaliyyət göstərən informasiya xidmətinin rəisi Heytam Abu Səidə istinadən ərəb KİV-i məlumat yayıb.

Bu ərəfədə əl-Bağdadinin “Qafqaz əmiri” ləqəbli yardımçısı Hasbulla əl-Qafqazinin öldürüldüyünə dair məlumat yayılmışdı.

Xatırladaq ki, martın əvvəlində əl-Bağdadi İŞİD üzvlərinə müraciət edərək son zamanlar bir sıra məğlubiyyət yaşadıqlarını etiraf edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]