Xəbərlər / Şou-biznes

Ailəsi meyxanaçı Kərimin səhhəti ilə bağlı açıqlama verdi

18-04-2017, 12:04

Meyxana ustası Ağakərim (Kərim) Novruzov aprelin 19-da növbəti dəfə Mərkəzi Klinik Xəstəxanasına müraciət etməli olacaq.

Xeberman.com xəbər verir ki, bu barədə lent.az-a meyxanaçının ailəsindən xəbər verilib.

Yaxınlarının sözlərinə görə, müalicəsini ev şəraitində davam etdirən Ağakərim müayinə olunması üçün həkimə gedəcək:

“Vəziyyəti normaldır. İnşallah, 3-cü gün həkimlər yenə baxacaqlar”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]