Xəbərlər

Meyxanaçı Kərim xəstəxanadan evə buraxılıb

13-04-2017, 21:59

Meyxana ustası Ağakərim (Kərim) Novruzov Mərkəzi Klinik Xəstəxanadan evə buraxılıb.

Xeberman.com xəbər verir ki, bu barədə APA-ya meyxanaçının bacısı oğlu Rüstəm Cənnətov məlumat verib.

Onun sözlərinə görə, meyxanaçı müalicəsini ev şəraitində davam etdirəcək. R.Cənnətov əlavə edib ki, dayısı özünü gümrah hiss edir, vəziyyəti yaxşıdır.

Qeyd edək ki, bir neçə gün bundan öncə meyxanaçının beyninə qan sızıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]