Mədəniyyət

Məşhur meyxanaçı yaddaşını itirib

6-04-2017, 22:17

Xeberman.com xəbərinə görə, bunu AzVision.az-a K.Novruzovun sənət yoldaşı Ağamirzə Məmmədov deyib. Onun sözlərinə görə, Kərim bir neçə gün reanimasiyada qalacaq.

“Yanına çox adam buraxmırlar. Gündə bir dəfə ailəsindən kimsə onunla görüşə bilir. Kərim çox adamı tanımır. Bizim üçün də gözlənilməz oldu. Kərimin halı qəfildən pisləşib, o, insult keçirib. Səbəbini hələ bilmirik. Bəlkə, fikir edib, ya da əsəbləşib. İnsanın yaşı artdıqca belə təhlükələrlə üz-üzə qalır”, - A.Məmmədov deyib.

Həkimlər bildiriblər ki, Kərim Novruzov hələ bir müddət reanimasiyada qalacaq, vəziyyəti düzələrsə, palataya köçürəcəklər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]