Dünya

Rusiya neft hasilatı üzrə dünya rekordunu yeniləyib

2-01-2016, 22:45
Rusiya 2015-ci ildə neft hasilatı üzrə özünün təsis etdiyi dünya rekordunu yeniləyib.

"İnterfax" agentliyinin Rusiya Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinə istinadən yaydığı məlumatda, il ərzində ölkədə 534 mln. ton neft və qaz kondensatın çıxarıldığı bildirilir.

İdarədən verilən məlumata görə, bu, 2014-cü ildə hasil edilmiş həcmlərdən 1,4 faiz artıqdır. 2015-ci il ərzində Rusiyadan ixrac edilən neft emalı məhsullarının həcmi də artıb.

"Report" BBC-yə istinadən qeyd edir ki, Rusiyada neft artımı ilə yanaşı təbii qaz hasilatında azalma müşahidə olunur. Ötən il çıxarılan qaz həcmləri təqribən 1 faiz azalaraq 635 mlrd. kub metr təşkil edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]