Əsas Səhifə / Xəbərlər

Sənaye məhsulları bahalaşdı ? Rəsmi Açıqlama

14-07-2016, 13:22

Sənaye məhsulları bahalaşdı ? Rəsmi Açıqlama
Xeberman.com  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövr ərzində emal sənayesi üzrə 9,2%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5%, su təchizatı; tullantıların təmizlənməsi və emalı üzrə isə 2,5% bahalaşıb.

Məlumata əsasən, bu ilin iyun ayında may ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 3,9%, o cümlədən mədənçıxarma sənayesi üzrə4,7%, emal sənayesi üzrə0,8% bahalaşıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı; su təchizatı, tullantıların təmizlənməsi vəemalı sahələri üzrəisə dəyişiklik baş verməyib.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 4,7% metal filizlərinin hasilatı üzrə 0,3% bahalaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,2 % ucuzlaşıb. Ay ərzində emal sənayesindəistehsalçı qiymətləri avtomobil və qoşquların istehsalı üzrə 11% toxuculuq sənayesi üzrə 3,1%, neft məhsullarının istehsalı üzrə 1,9%, elektrik avadanlıqlarının istehsalı üzrə 0,1% bahalaşıb.

Tütün məmulatlarının istehsalı üzrə 4,2%, kimya sənayesi üzrə 3%, əczaçılıq məhsullarının istehsalı üzrə 2,6%, içki istehsalı üzrə 1,5%, qida məhsullarının istehsalı üzrə 1,4%, geyim istehsalı və metallurgiya sənayesi üzrə 0,3%, poliqrafiya fəaliyyəti üzrə 0,2% ucuzlaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]