Xəbərlər

Uzunömürlü insanları neçə il yaşayıb? – FOTO

15-04-2017, 23:39

İnsanların maksimum nə qədər ömür sürə biləcəkləri daim araşdırma mövzusu olub, bu sahədə polemikalar aparılıb. Bəzi insanlar genetik özəllikləri, həyat tərzləri və s. amillərlə bağlı uzun ömür yaşaya biliblər.

Xeberman.com Modern.az-a istinadən xəbər verir ki, tarixdə çinli Li Tsinyunun 235, yaxud Azərbaycanda yaşamış Şirəli Müslümovun 168 il ömür sürməsi barədə məlumatlar yer alsa da, onların sənədli təsdiqi olmayıb. Məhz tarixi sənədlər, əsasən də doğum haqqında şəhadətnamənin olmaması yüzlərlə uzunömürlü insanın dəqiq yaşını müəyyən etməyə imkan verməyib.

Beləliklə, təvəllüdləri və ölüm tarixləri rəsmən təsdiqlənmiş, bu gün üçün ən çox ömür sürmüş insanların siyahısını təqdim edirik:
Uzunömürlü insanları neçə il yaşayıb? – FOTO

Janna Kalman – 122 il, 164 gün. Yer kürəsində ən uzun ömür sürmüş insan.
Janna Kalman 1875-ci il fevralın 21-də Fransanın Arl şəhərində anadan olub. O, bu şəhərdə böyüyüb və bütün ömrünü keçirib. 1896-cı ildə Fernan Kalmanla ailə həyatı qurub və 2 il sonra İvonn adlı qız övlad dünyaya gətirib. 1932-ci ildə İvonn, 1942-ci ildə isə Fernan xəstəlikdən dünyasını dəyişib. Bundan sonra tək yaşayan Kalman 110 yaşında qocalar evinə köçür və 122 yaşında burada vəfat edib.

Maraqlıdır ki, Janna Kalman 13 yaşı olarkən məşhur yazıçı Viktor Hüqonu gördüyünü xatırlayıb. Atasının dükanında satıcı işləyən zaman dükana daxil olan yazıçı Kalmana pinti və qaba təsir bağışlayıb.

Janna Kalmanın yaşı 23 tarixi sənəd və çoxsaylı genetik testlərlə təsdiqini tapıb.


Sara Knaus – 119 il, 97 gün
Sara Knaus 1880-ci il sentyabrın 24-də ABŞ-ın Pensilvaniya ştatının Hollivud şəhərində anadan olub. Sığorta meneceri çalışan Knaus evləndikdən sonra evdar qadın olmuşdu. O, 2000-ci ilin gəlməyinə 33 saat qalmış qocalar evində keçinmişdi. Knaus 7 müharibə və 23 ABŞ prezidentinin hakimiyyətini görmüşdü. Yeganə qızı Ketrin isə 101 il ömür sürüb və 2004-cü ildə vəfat edib.


Lüsi Hanna – 117 il, 248 gün
Lüsi Hanna 1875-ci il iyulun 16-da ABŞ-ın Alabama ştatının Linden şəhərində doğulub. O, 1901-ci ildə Con Hanna ilə ailə həyatı qurmuş və 8 övladı olmuşdu. Qaradərili Lüsi Hanna neqroid irqinin nümayəndələri arasında ən çox ömür sürmüş şəxsdir. O uzunömürlülüyünün sirrini irsində görürdü. Belə ki, onun anası 99, 2 bacısı isə 101 və 104 yaşa kimi ömür sürmüşdülər. Hanna 1993-cü il martın 21-də vəfat etmişdi.


Mariya-Luiza Meyor – 117 il, 230 gün
Mariya-Luiza Meyor 1880-ci il avqustun 29-da Kanadanın Kvebek əyalətinin Kamuraska şəhərində doğulub. Meyor 30 yaşında paytaxt Ottavaya köçmüşdü. İki evlilik, 10 uşaq sahibi olan Meyor yalnız 90 yaşında siqareti tərgitmişdi. O, 1998-ci il aprelin 16-da doğma şəhərində keçinmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]