Xəbərlər

Silahlarımız hərbçilərimizə təqdim olundu

14-04-2017, 22:24

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunun tədris proqramına uyğun olaraq dinləyicilər üçün Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində “Azərbaycanın hərbi-sənaye potensialı” mövzusunda praktiki məşğələ keçirilib.

Xeberman.com Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dinləyicilərə nazirliyin strukturu, vəzifələri, müəssisələrdə istehsal olunan hərbi təyinatlı məhsullar haqqında məlumat verilib. Onlar hərbi təyinatlı məhsulların istehsalı prosesi və hazır məhsullarla tanış olublar.

Praktiki məşğələdə müasir müharibələrdə yüksək texnologiyalı silahların rolu vurğulanaraq qeyd olunub ki, ötən ilin aprel döyüşlərində Ordumuzun düşmən üzərində əldə etdiyi qələbə müdafiə sənayemizin bu cür silahların istehsalı sahəsindəki nailiyyətlərini nümayiş etdirdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]