Dünya / İslam

Müctəhidlər fətva verdi: "Bu ilin həcci vacib deyil!"

13-05-2016, 20:52

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanın iranlıların həccə ezam edilməsi zəminində irəli sürdüyü çətin şərtlərdən sonra Ali Təqlid Mərcəsi Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmədani və Ayətullah Cavadi Amili fətva veriblər.

Müctəhidlər fətva verdi: "Bu ilin həcci vacib deyil!"

Məlumata görə, Ayətullah Cavadi Amuli Səudiyyə Ərəbistanın irəli sürdüyü çətin şərtlərə görə, bu il iranlı müstəti şəxslərə həccin vacib olmadığını bəyan edib.

Ayətullah Cavadi Amuli deyib: "Şəriət baxımından bu il müstəti (imkanlı olanlar) olanlara həcc vacib deyil. Çünki həccə getməyin şəraiti baş tutmayıb.”

Bu arada İranın mədəniyyət naziri Əli Cənnətini qəbul edən müctəhid Ayətullah Məkarim Şirazi bu il həcc mərasiminin baş tutmayacağını bəyan edib.

Səudiyyə Ərəbistanın iranlıların həccə getməsi üçün irəli sürdüyü çox çətin şərtlərə toxunan Ayətullah Məkarim Şirazi bildirib ki, bu ölkənin hakimiyyəti  hacıları alçaltmaq istəyir və belə təhqiredici həccin yerinə yetirilməsi vacib deyil.

Müctəhid əlavə edib ki özünü iki müqəddəs hərəmin xidmətçisi hesab edən Səudiyyə Ərəbistanı beynəlxalq arenadakı məğlubiyyətlərinin intiqamını hacılardan almaq istəyir.

Eyni mövqeyi Ayətullah Nuri Həmədani də bəyan edib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Administratorla əlaqə

077 611-55-22

[email protected]