Xəbərlər

FİFA-nı məşhur edən oğlan – FOTO

13-04-2017, 18:08
[/center]
İnformasiya texnologiyalarının geniş inkişaf etdiyi və sosial şəbəkələrin imkanlarının artdığı bir dövrdə bir şəkil insanı göz qırpımında məşhur edə bilər.

Xeberman.com 1news.az-a istinadən xəbər verir ki, FİFA-nın “Instagram” sosial şəbəkəsindəki rəsmi səhifəsi azərbaycanlı oğlanı məşhurlaşdırıb.

FİFA “Instagram” səhifəsinin abunəçilərinə futbol oynadıqları yerdə çəkilən şəkili #MyFootballPhoto heşteqi ilə paylaşmağı təklif edib.

Rəsmi səhifədə dərc edilən isə futbol oynayanlara baxan Azərbaycanlı oğlan olub. Qısa bir zaman ərzində FİFA-nın bu paylaşımı 23 min dəfə bəyənilib.

[center]


1news.az bu gözəl körpənin kim olduğunu aydınlaşdırmaq fikrinə düşüb.

Körpənin adı Əmirdir. 2013-cü ilin iyun ayının 1-də Beynəlxalq Uşaqların Müdafiəsi Günündə Volqoqradda anadan olub. 9 aylıq olarkən valideynləri ilə Bakıya köçüb. Körpəni məşhurlaşdıran foto 2014-cü ildə 248 saylı məktəbin yaxınlığında çəkilib. Fotoda Əmir 1 yaş 4 aylıqdır. Hazırda Əmir 3 yaş 10 aylıqdır.


@fifaworldcup müsabiqəsində iştirak ideyası Əmirin əmisi Müşviq Quliyevə məxsusdur. 1news.az ilə söhbət zamanı Müşviq Quliyev müsabiqədə iştirakından danışdı.

“2017-ci ilin yanvar ayının 10-dan “Instagram”da @azmilli profilini açdım, profil Azərbaycanın futbol üzrə yığmasına həsr edilmişdi.

Bu foto profilimdə #MyFootballPhoto heşteqi ilə paylaşdığım yeganə foto deyil. Amma məhz bu foto məşhurlaşdı. Sevincimin həddi yoxdur! Qohumlar da sevinir! Tanışlar təbrik etməyə başladılar.



Martın sonunda isə “CBC Sport” telekanalında üç yaşlı Əmir haqqında reportaj getdi. Video çıxdıqdan sonra FİFA bu mövzunu götürdü, bunu mən də daxil olmaqla heç kim gözləmirdi.

Təsəvvür edin, bir-iki gün ərzində Azərbaycan dilində nitqi səslənən video dünyanın dörd bir yanında yaşayan 18000 insan tərəfindən baxılıb. Axı bundan daha xoş nə ola bilər.

Uşaq çox aktivdir, həyatsevərdir. Avtomobilləri, müxtəlif konstruktorları, eləcə də komanda şəkilli oyunları sevir”, - o deyir.









Administratorla əlaqə

077 611-55-22

[email protected]