İdman

Beynəlxalq qurumdan 1 milyon dollar yoxa çıxıb (FOTO)

31-01-2016, 11:51

FIFA-nın büdcəsindən təxminən 1 milyon dollara yaxın vəsait oğurlanıb.

 

FIFA-nın büdcəsindən təxminən 1 milyon dollara yaxın vəsait oğurlanıb. 

ANS PRESS-in məlumatına görə, Qvatemala federasiyasının büdcəsindən ayrılan pul yoxa çıxıb. Bu barədə "Reuters" məlumat yayıb. 

Belə ki, FIFA-nın daxili auditinin nəticələrinə əsasən, 2015-ci ilin fevral ayında Qvatemaladan ali futbol qurumununun hesabına 1,1 milyon dollar köçürülüb. 

Lakin FIFA-nın illik büdcəsində Qvatemaladan daxil olan vəsaitin yalnız 250 mini qeyd olunub.


Blatter və Platini 

Ötən il FİFA futbol dünyasını sarsıdan qərar verib. Belə ki, adı rüşvət qalmaqalında hallananUEFA prezidenti Mişel Platini və ona qanunsuz şəkildə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunan FİFA rəhbəri Yozef Blatter 8 il müddətinə futboldan kənarlaşdırılıb. 

FİFA-da korrupsiya ilə bağlı qalmaqal ötən ilin yazından, bir neçə məmurun həbs olunmasından sonra baş qaldırıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]