Ölkə

Bakıda bina uçur - Sakinlər çadırlara sığındı/VİDEO

10-04-2017, 23:47
Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı bina uçmaq təhlükəsi qarşısındadır.

Xeberman.com Xezerxeber.az-a istinadən xəbər verir ki, "Energetika" pansionatı adlanan bina artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən boşaldılıb, bina sakinləri təxliyyə edilib.

Məcburi köçkünlərdən yaşamaq üçün başqa yeri olmayanlar üçün binanın həyətində 70-ə yaxın çadırlar qurulub.

Çadırlar hər cür şəraitlə təmin edilib, ərazi olaraq FHN əməkdaşlarının nəzarətinə götürülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]