Əsas Səhifə / Xəbərlər

Bu gün 40-ı çıxan şəhid - 5 ay əvvəl ailə həyatı qurmuşdu

9-04-2017, 00:13

Modern.az xəbər verir ki, bu gün şəhidin 40 mərasimi doğulduğu Yardımlı rayonunun Peştəsər kəndində keçirilir.

Fevralın 25-dən 26-na keçən gecə cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüşlər zamanı Şahlar Nəzərovla yanaşı, 4 hərbi qulluqçumuz da şəhid olub.
Fevralın 27-də Şahlar Nəzərovun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülüb. Fevralın 28-i isə Şahlar Nəzərov doğulduğu Yardımlı rayonunun Peştəsər kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb.

Şəhidin bugünkü 40 mərasimində rayon sakinləri iştirak edib. Şəhidə Allahdan rəhmət diləyiblər.

Qeyd edək ki, şəhid Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Şahlar Nəzərov şəhid olmazdan 5 ay əvvəl ailə həyatı qurub. Şəhidin həyat yoldaşı ana olmağa hazırlaşır. Allah rəhmət eləsin!

Bakı Post

Administratorla əlaqə

077 611-55-22

[email protected]