Xəbərlər

Növbəti şəhidimiz Bakıda torpağa tapşırıldı

28-02-2017, 21:32

ARB TV xəbər verir ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızdan biri də Zakir Cəfərovdur. O, yaralı komandirini çiyninə alaraq döyüş meydanından uzaqlaşdırmaq istəyərkən şəhid olub.

Onun dəfni Keşlə qəbiristanlığında baş tutub. Bir sıra dövlət rəsmiləri, Müdafiə Nazirliyinin, şəhidin xidmət etdiyi hərbi hissənin, hüquq-mühafizə orqanlarının nümayəndələri də dəfn mərasimində olublar. 21 yaşlı şəhid izdihamın müşayəti ilə torpağa tapşırılıb.

Şəhid Aqşin Abdullayev də Azərbaycan Respublikasının himni və yaylım atəşi altında torpağa tapşırılıb. Şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim olunub.

Nazim Cəfərov (şəhidin atası): "Atışma zamanı yaralananlar və şəhid olanlar olub. Neytral ərazidən çıxan zaman komandir yaralanıb. Qayıdıb komandirin yarasını bağlayıb, çiyninə alıb aparanda vurublar".

Administratorla əlaqə

077 611-55-22

[email protected]