Ölkə

DIN biznesmenlərə müraciət etdi: "Dərhal qaynar xəttimizə zəng edin"

31-10-2015, 14:22
DIN biznesmenlərə müraciət etdi: "Dərhal qaynar xəttimizə zəng edin"

Sahibkarlıq fəaliyyətinə mane olma halları barədə Daxili İşlər Nazirliyin (DİN) 1002 nömrəli "Qaynar xətt"inə məlumat vermək olar.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il, 20 oktyabr tarixli qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə dövlət başçısının 2015-ci il, 26 oktyabr tarixli fərmanı rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn tələblərin icrası, o cümlədən aidiyyəti üzrə daxil olan müvafiq məlumatların araşdırılması və zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bununla əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə biznes strukturlarının, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və qanuni sahibkarlıq fəaliyyətinə mane olma halları barədə dərhal nazirliyin 1002 nömrəli "Qaynar xətt"inə məlumat verilməsi xahiş olunur.
dosye.org

Administratorla əlaqə

077 611-55-22

[email protected]