Xəbərlər

MSK sədri siyasi partiyalara xəbərdarlıq etdi

7-04-2017, 19:51
MSK sədri siyasi partiyalara xəbərdarlıq etdi
Oxu.Az xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında Komissiyanın sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 19 siyasi partiya maliyyə hesabatını təqdim etməyib.

Onun sözlərinə görə, problemin yaranma səbəblərindən biri də bir sıra partiya sədrlərinin səlahiyyət müddətinin başa çatmasıdır.

M.Pənahov qeyd edib ki, həmin partiyalar qanunvericiliyə uyğun olaraq yenidən sədrlərini seçməli və səlahiyyətli şəxs maliyyə hesabatını təqdim etməlidir:

“Biz yenə də dözümlü mövqe nümayiş etdirərək çalışacağıq ki, partiyaların hamısı maliyyə hesabatlarını versinlər. Biz bir daha siyasi partiyalara müraciət edirik ki, maliyyə hesabatlarını təqdim etsinlər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]