Əsas Səhifə / Xəbərlər

ŞƏHİDİN AİLƏSİ NARAHATDIR: "SÜLEYMANIN PROFİLİNDƏ ERMƏNİLƏR TƏHQİRAMİZ SÖZLƏR YAZIR" (FOTOLAR)

6-04-2017, 23:00

"Ağdam rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş, Qazax rayon Daş Salahlı kənd sakini, 1997-ci il təvəllüdlü Süleymanov Süleyman Elçin oğlunun sosial şəbəkədəki profilində ermənilər tərəfindən təhqiramiz sözlər yazılır".

Şəhidin qardaşı Məhəbbət Süleymanovun Sherg.az-a bildirdiyinə görə, Süleymanın şəhid olması haqqında paylaşımlar ediləndən indiyə kimi ermənilər məlumatların və şəhidin şəkillərinin şərh hissəsinə "gülüş” işarəsi qoyur, müxtəlif dillərdə, hətta Azərbaycanca təhqirlər yazırlar:

"Qardaşımın ötən ilki paylaşımları da var idi. Onun şəhid olması haqqında məlumat veriləndən ermənilər təxribata başlayıblar. Xüsusilə, Süleymanın paylaşdığı atəşkəsin pozulması haqqında bir məlumatda 8 nəfər erməni "gülüş” işarəsi yerləşdirib, şərhlər əlavə ediblər. Mən şəbəkə istifadəçisi yaxınlarımdan və dostlarımdan həmin profillərin bağlanması üçün şikayət bildirmələrini xahiş etdim. Daha sonra bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ərizə ilə müraciət etdim. Həmin şərhlər bizi ciddi narahat edir. Xahiş etdim ki, onlar silinsin, ya da ümumiyyətlə həmin bölmə bağlansın. Nazirlikdən rəsmi cavab gəldi ki, bununla bağlı feysbuk şirkətinə nazirlik olaraq müraciət edilib.

Mənə bu sahədən məlumatlı olan şəxslər məsləhət gördülər ki, şirkətdən cavab gələnə qədər həmin profilləri paylaşıb, şikayət bildirmək yaxşı olar. Əgər feysbuk bir tədbir görməsə, Daxili İşlər nazirliyinə müraciət etməyi düşünürəm”.

Qeyd edək ki, şəhidimiz Süleyman Süleymanovun profilini və sözügedən ermənilərin yazdığı şərhlər aşağıdakı linkdədir:

https://m.facebook.com/story.php?story_fbid=1809308996012051&id=100007989040942

Bu linkə daxil olub, "gülüş” işarəsi yerləşdirən erməni profillərini şikayət etməyinizi xahiş edirik.




Administratorla əlaqə

077 611-55-22

[email protected]