Xəbərlər

Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Şəhidin dəfnində - Foto

6-02-2017, 12:51

Musavat.com xəbər verir ki, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən mərasimdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, ailə üzvləri və sadə vətəndaşlar iştirak edib.

***

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına başsağlığı verib.

Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev bildirib ki, ötən il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun cəsədi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.

İdarə rəisi şəhidin həyat və döyüş yolu barədə məlumat verib.

Şəhidin atası Salman Qurbanov oğlunun cəsədinin qaytarılmasına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib.

Sonda şəhid Çingiz Qurbanovun cənazəsi dəfn edilməsi üçün Qusar rayonuna yola salınıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]