Əsas Səhifə / Dünya

BMT Təhlükəsizlik Şurası Suriya üzrə qətnamə layihəsinə dair danışıqlara başlayıb

6-04-2017, 01:32
BMT Təhlükəsizlik Şurası Suriya üzrə qətnamə layihəsinə dair danışıqlara başlayıbBMT Təhlükəsizlik Şurasının üzvləri Suriyanın İdlib əyalətində kimyəvi silahdan istifadə edilməsinə dair insidentlə bağlı danışıqlara başlayıblar.

Xeberman.com-un verdiyi xəbərə görə, bu barədə Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattr bildirib.

Onun sözlərinə görə, danışıqlar konstruktiv keçir. “Fransa tezliklə qətnamənin qəbul edilməsinin tərəfdarıdır. Lakin sənədin bu gün qəbul edilməsi ehtimal edilmir”, deyə F.Delattr qeyd edib.

Qeyd edək ki, ötən gün Suriyanın İdlib şəhərində kimyəvi silahdan istifadə edilməsi barədə məlumatlar yayılıb. Nəticədə 80 nəfərin öldüyü və 200 nəfərin yaralandığı bildirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]