Əsas Səhifə / Dünya

Avropa İttifaqı Suriya üzrə konfrans keçirəcək

6-03-2017, 23:57
Aprelin 5-də Brüsseldə Avropa İttifaqı BMT ilə birgə Suriya üzrə konfrans keçirəcək.

Xeberman.com APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

"Ötən il Londonda keçirilən tədbirin davamı kimi, tədbir Suriyanın və regionun gələcəyinə həsr olunacaq", deyə F.Moqerini bildirib.

Onun sözlərinə görə, konfransın həmsədrləri qismində Almaniya, Küveyt, Norveç, Qətər və Böyük Britaniya çıxış edəcəklər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]