Ölkə

Yalançı "əmək müfəttişləri" ilə bağlı açıqlama

9-02-2017, 02:57
Yalançı "əmək müfəttişləri" ilə bağlı açıqlama
Nazirliyin mətbuat xidmətindən Xeberman.com -a verilən məlumata görə, bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahibkarlara müraciət edib:

"Ölkədə sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində aparılan işlərin davamı olaraq 2015-ci ilin noyabr ayından özəl sektora aid müəssisələrdə yoxlamaların aparılması iki il müddətinə dayandırılıb. Həmin vaxtdan etibarən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də özəl sektora aid müəssisələrdə heç bir yoxlama həyata keçirilmir.

Hazırda bu və ya digər sahibkarlıq obyektində kiminsə özünü “əmək müfəttişi” kimi təqdim edərək yoxlama aparmaq istəməsi də dələduzluqdan başqa bir şey deyil.

Ona görə də sahibkarlardan belə halla qarşılaşdıqları təqdirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzinə dərhal məlumat vermələri xahiş olunur".

Administratorla əlaqə

077 611-55-22

[email protected]