Xəbərlər

Abid Şərifovun həyat yoldaşı danışdı – “Əməliyyat uğurla keçib”

4-04-2017, 22:55
Abid Şərifovun həyat yoldaşı danışdı – “Əməliyyat uğurla keçib”
Ürəyində yaranmış nasazlıqla əlaqədar ötən həftə xüsusi təyyarə reysi ilə İsrailə aparılan və Hayfa şəhərinin Rambam xəstəxanasının kardiologiya şöbəsinə yerləşdirilən baş nazirin müavini Abid Şərifovla bağlı yeni məlumat var.
Belə ki, baş nazirin müavininin həyat yoldaşı Sədayə Şərifova Gununsesi.info-ya eksklüziv açıqlamasında onun səhhətinin artıq qaydasına düşdüyünü bildirib.
Abid Şərifovun xanımı qeyd edib ki, əməliyyat uğurla həyata keçib: “Hal-hazırda özünü yaxşı hiss edir. Hətta ailə üzvləri ilə telefonla danışıb. Yaxın günlərdə Abid müəllim öz evinə dönəcək”.
Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, baş nazirin müavininin səhhətində problem yaranması səbəbi ilə İsrailə aparılması haqda məlumatı hələ iki gün öncə Gununsesi.info yazmışdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]