Gündəm

Milli Şura mitinq qərarı verdi – 9 aprel, saat 15:00

29-03-2017, 21:13
Milli Şura martın 22-dən başladığı mitinq müzakirəsini başa çatdırıb. Qurumun Koordinasiya Mərkəzinin martın 29-da keçirilən iclasında Bakıda mitinqlərə başlamaq barədə qərar verilib. Qərara alınıb ki, ilk mitinq aprelin 9-da, saat 15:00-da, “Məhsul” stadionunda (İnşaatçılar metrostansiyasının yanı) keçirilisin. Bunun üçün Bakı şəhər icra hakimiyyətinə müraciət olunacaq.

Mitinq qərarını AXCP sədri Əli Kərimli feysbuk səhifəsində canlı yayımla elan edib. AXCP lideri həmçinin vətəndaşları dinc etiraz mitinqində hamılıqla iştiraka çağırıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]