Siyasət

QDEVAMM TƏŞKILATI İSLAM OYUNLARI OLIMPIYADASINDA IŞTIRAK ETMƏK ISTƏYƏN ÖLKƏLƏRIN RƏHBƏRLƏRINƏ MÜRACIYƏT EDIB

27-03-2017, 23:07
QDEVAMM təşkilatının ölkənin bu, iqtisadi böhran və insan haqqları sahəsindəki biabırçı vəziyyətində İslam Oyunları Olimpiadası keçirilməsində iştirakdan imtina üçün müsəlman ölkələri başçılarına ünvanlanmış petisiyası.
Ümüdvarıq kı, bu petisiyaya bütün dünyadan çoxsaylı imzalar toplanacaq.
Petisiya Azərbaycan və İngilis dillərində
Press-az.com-un verdiyi məlumata görə, Avaaz. org, Change.org və nüfuzlu Beynəlxalq təşkilatların saytlarında yerləşdirilib imza toplama kompaniyasına start verilir.
Hamı aşağıdakı petisiyaya imza ata bilər.
Azərbaycanda keçirilməsi nəzərdə tutulan İslam Oyunları Olimpiyadasında iştirak etmək istəyən ölkələrin rəhbər və başçılarına müraciət.

Bütün dünyanın bildiyi kimi, Azərbaycanda 1993-cü ildən,heç bir əxlaqı, mənəvi və dini dəyərləri olmayan, antibəşəri bir rejim hakimiyyətdədir.
Bu rejim uzun illərdir ki, azad düşüncə və dini-mənəvi dəyərlərlə mübarizə aparır, azadlıq və insan haqqları tələb edən müxaliflərə və inanclı müsəlmanlara divan tutur. Onların əksəriyyəti uzun müddətli həbslərə məruz qalmış, bir çoxu rejim tərəfindən qətlə yetirilmişdir. Bu sadalanan faktlar öz əksini bütün Beynəlxalq insan hüquqları müdafiyə təşkilatlarının, o cümlədən ABŞ dövlət departamentinin, Avropa parlamenti və başqa nüfuzlu dövlətlərin dünyada insan haqqlarının vəziyyəti barədə yaydıqları illik hesabatlarda 25 ildir ki, öz əksini tapmışdır.
Azərbaycan rejiminin güya İslam radikalizmi ilə mübarizə apardığı uydurmaları,adı çəkilən qurumlar tərəfindən ifşa olunmuş və bu repressiyalar Beynəlxalq ictimaiyyəti aldadaraq öz cinayətlərinə, korrupsiya və xalqın sərvətini talamaqlarına göz yumulmasını təmin etmək üçün cəhdləri kimi dəyərləndirilmişdir.
Hal- hazırda Azərbaycanda, bütün Beynəlxalq təşkilatların qəbul etdiyi kimi, 166 nəfər siyasi və vicdan məhbusu həbsxanalarda qeyri- insani işgəncələrə məruz qalır. Onların 105 nəfəri məhz müsəlman inanclılardır.
Bu cür əxlaqsız və dinə nifrət edən bir rejimin təşkil etdiyi İslam Oyunları Olimpiadasında iştirak etmək istənilən müsəlman ölkəsi üçün rəzalət və biabırçılıqdır.
Biz bu petisiyaya imza atan insanlar, İslam Olimpiyadası adı altında Azərbaycanın cinayətkar , oğru və korrupsioner rejimi tərəfindən keçirilməsi nəzərdə tutulan və ancaq bu rejimin özünün ömrünü uzadmaq üçün,dilənçi günündə yaşayan xalqın vəsaitinin talan edilməsi hesabına keçiriləcək belə cinayətə şərik olmamağa, bu Oyunlarda iştirakdan imtina etməyə çağırırıq!

Imzalar

Administratorla əlaqə

077 611-55-22

[email protected]