Əsas Səhifə / Dünya

Danimarkada hicablı işsizlərə müavinət verilməyəcək

22-03-2017, 21:15
Danimarkada baş örtüyünü çıxarmayan qadınlar işsizlərə verilən müavinətdən məhrum ediləcəklər.

Xeberman.com report.az-a istinadən bildirir ki, yeni qərara əsasən hicabını çıxarmamaq üçün dövlətin təklif etdiyi işlərdə çalışmaq istəməyən işsizlərə müavinət verilməyəcək.

Artıq Danimarkanın ən böyük bələdiyyələrindən ikisi təklif olunan iş yerlərində baş örtüklərinin istifadə edilməməsi istəyinə qarşı çıxan və bu səbəbdən işi qəbul etməyən hicablı işsizlərin müavinətlərini kəsib.

Danimarkanın əmək qanunvericiliyinə görə, işsiz danimarkalılar işverən qurumların təklif etdiyi işlərin onlara uyğun olub-olmadığını müzakirə etmədən qəbul etməlidirlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]