Ölkə

Hicablı şagird hamıya sübut etdi ki...

10-06-2016, 22:48
Lütfü Zadə adına Bakı şəhəri məktəblər arası 1-ci məntiq olimpiadasında Fatimə Xankişiyevaya tərifnamə verilib. 

Xeberman.com xəbər verir ki, bu barədə Fatimənin atası Əfqan Xankişiyev məlumat verib. O qeyd edib ki, övladı əldə etdiyi uğurlara görə tərifnaməyə layiq görülüb. 

Atası bildirib ki, əvvəllər Fatimə hicablı olduğuna görə məktəb onu şagird kimi qəbul etmək istəmirdi: "Vaxt var idi, bu qızı hicabına görə həmin məktəb qəbul eləmək istəmirdi. İndi isə sözügedən məktəbə baş ucalığı gətirir". 

"Hicabı məncə əxlaq və belə uğurlarla təbliğ etmək lazımdır. Allah hamımızın balalarını qorusun.Amin!"-deyə Əfqan bəy əlavə edib.
Xeberman.com - Hicablı şagir bir daha hamıya sübut etdi ki, hicab elmə maniə deyildir. 
Hicablı şagird hamıya sübut etdi ki...

Administratorla əlaqə

077 611-55-22

[email protected]