Layihə

​BDAT İZMİRDƏ MÖHTƏŞƏM NOVRUZ TƏDBİRİ KEÇİRDİ

21-03-2017, 17:27

Tədbirə Türkiyənin bir çox tanınmış simaları və rəsmiləri eləcə də İğdır Azərbaycanlıları Federasiyası başkanlığının dəvətiylə keçmiş millət vəkili və MHP-nin öncül liderlərindən biri Sinan Oğan da dəvətlilər sırasında idi. Novruzun gəlməsi, təbiətin oyanması, xalqımızın müxtəlif ənənələri və el adətləri haqqında tədbirdə maraqlı çıxışlar edilib və fikirlər söylənilib.
Qeyd edək ki, bütün türk dünyasının böyük həvəslə keçirdiyi Novruz bayramı bu dəfə İzmirdə çox böyük coşqu və xalqın geniş qatılımı ile qeyd olunub. Dəvətlilər şən Azərbaycan musiqilərinin sədaları altında rəngli yumurtaları döyüşdürərək novruz çərəzlərinin və şirniyyatlarından daddılar. Şənliyin sonunda, gələn qonaqlar üzərində BDAT-ın loqosu olan tabletlərlə təltif edilərək rəhbərlik tərəfindən təbrik edilib.




Administratorla əlaqə

077 611-55-22

[email protected]