Yazarlar

Fətva ilə hökmün fərqini bilməyən QMİ

20-03-2017, 15:40
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü , hazırda həbsdə olan ilahiyyatçı Fərhad Mirzə Xeberman.com saytı vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb. Onun müraciətini vəkil Fariz Namazlı çatdırıb.

İlahiyyatçı Fərhad Mirzə yazır ki, Azərbaycan xalıq 70 il kommunizm əsarətind bir çox zülmlərə məruz qaldı. 11-ci qızıl ordu Azərbaycanı işğal edəndən sonra ölkədə azad fikirli insanlara, islam alimlərinə və ziyalı insanlara qarşı ciddi repressiya əməliyyatları tətbiq edildi. Məscidlərin və digər ibadət ocaqlarının bağlanması və ya başqa bir obyektə çevrilməsi bu çirkin siyasətin davamı idi. 1937-ci ildə isə bu repressiya öz kulminasiya nöqtəsinə çatdı. Bu repressiyanın nəticəsində yüzlərlə islam alimi və azad düşüncəli ziyalılar qətlə yetirildi və ya sürgün edildi. Onları ailələrinin və yaxınlarının gözü qarşısında avtomobilə mindirib naməlum istiqamətə apardılar. Bu ailələrin isə ö başçılarının hara aparılmasından, onların aqibətindən xəbərləri belə olmadı. Bununla da yüzlərlə ailə başçısız və gözüyaşlı qaldı. Bütün bu zülmlərə isə bu xalq hər hansı rekasiya bildirmədi. 1941-ci ildə bu laqeydliyin səbəbinə sanki tanrının bu millətə qəzəbi tutdu. Alman faşizminin sovet ölkələrinə qarşı apardığı müharibədə Azərbaycan xalqının bir milyona yaxın nümayəndəsi həlak oldu, itkin düşdü və ya əsir götürüldü. Bu müharibənin nəticəsində aclıqdan ölənlərin də sayı az olmadı. 1988-ci ildə xalq azadlıq hərəkatı başladı. Sovet hakimiyyəti bu hərəkatdan bərk narahat olub 1990-cı il yanvar ayının 20-sində Azərbaycana qoşun yeritdi və ölkəni qana boyadı. Bu faciə Azərbnaycanın tarixinə qara hərflərlə yazıldı. Xalqımızın qeyrətli oğul-qızları bu faciədə şəhid oldular. Nəhayət 1991-ci ildə Azərbaycan öz müstəqilliyini qazandı. Müstəqillikdən sonra yenə də Azərbaycana islamofobiya siyasətinin toxumları səpilməyə başladı. Belə ki, şəxsiyyət vəsiqələrində və xarici pasprtlarda qadınlara baş örtüyü ilə şəkil çəkdirmələrinə sovet dönəmlərindən qoyulan qadağa öz qüvvəsində qaldı. Bu qərara ara-sıra etirazlar olsa da, özünü dinin qoruyucu kimi göstərən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və onun rəhbərliyi bu qərarın qarşısında susdu. 2009-2010-cu illərdə isə ölkədə azadn qadağası, məscid sökülməsi və orta məktəblərdə oxuyan qız şagirdlərə hicab qadağası tətbiq edildi. Bu qadağaya etirazlar nəticəsində dini müdafiə edənlərə qarşı kütləvi həbslərə start verildi. Hətta dindarlar Təzə Pir məscidinə gedib QMİ-nin rəhbəri ilə də görüşməyə müvəffəq oldulaer. Lakin rəhbərlik bu məsələyə bir əncam çəkəcəyinə söz versə də, sözünün üstündə durmadı. 2012-ci ildə Avroviziya musiqi yarışı keçirildi. Yenə də milli-mənəvi dəyərlərin müdafiəçiləri bu ərəfədə gerçəkləşə biləcək gey parada etiraz etdi. Bu etirazlar da kütləvi həbslərlə nəticələndi. Bu etirazlar haqq uğrunda olan etirazlar olmasına baxmayaraq, yenə də QMİ adlanan bu qurumdan səs çıxmadı. Nəhayət 2015-ci ildə “Müsəlman Birliyi Hərəkatı” İctimai Birliyi təsis edildi. Bu hərəkat islam dininin milli-mənəvi dəyərlərin kompleks şəkildə müdafiəsini – bu ağır və məsuliyyətli vəzifələni öz öhdəsinə götürmək qərarına gəldi. Lakin bu hərəkatın fəaliyyəti mövcud hakimyyəti ciddi şəkildə narahat etdiyi üçün 2015-ci il noyabr ayının 26-sında Nardaran qəsəbəsində qətliam törədərək ümumilikdə 6 nəfərin şəhid olmasına, başda Hərəkatın lideri Taleh Bağırzadə olmaqla onlarla inanclı həbs edildi. Sonrakı günlərdə də bu həbs dalğası ölkəni öz cənginə aldı. Sovet dönəmində Nardaran piri inanclıların üzünə açıq olsa da, bu hakimiyyət piri camaatın üzünə bağlayıb, Aşura mərasimlərinin keçirilməsinə mane oldu. Hakimiyyət Məhərrəm ayında küçələrdə asılan qara bayraqları piratr bayrağı adlandıraraq onları yığışdırdı. Bunu da vurğulamaq lazımdır ki, Aşura mərasimlərində asılan qara bayraqlar Azərnbaycan bayrağının alternativi kimi xarakterizə edilməməlidir. Əksinə bu bayramlar sırf matəmi tərənnüm edir. Bütün bu haqsızlıqlara və zülmlərə QMİ və onun rəhbərliyi nəinki etiraz etmədi, əksinə bu zülmlərə haqq da qazandırdı. Görəsən bu idarənin rəhbəri ölkədə monopoliya yaratmaqdan, şəxsi biznesini inkişaf etdirib villalar tikdirməkdən başqa nəyə yarayır? Fətva ilə hökmün fərqini bilməyən bu idarə hansı səlahiyyətə əsasən Azərbaycan müsəlmanları üçün fətva verir? QMİ qeyri hökümət təşkilatı olmasına baxmayaraq bu qədər səlahiyyəti ona nə səbəbə veriblər? Görəsən milli-mənəvi dəyərləri müdafiə etmək vəzifəsi ilk növbədə belə bir səlahiyyətə malik olan qurumun üzərinə düşmürmü? Zülmə haqq qazandıran belə bir qurum müsəlmanlara necə rəhbərlik edə bilər?
P. S. Biz bütün bunları QMİ-ni yuxudan oyatmaq üçün yazmadıq, çünki yatmışları yuxudan oyadarlar. Bu idarə isə yatmayıb, sadəcə özünü yuxuluğa vurub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]