Xəbərlər

Bakı merosunda həyacanlı anlar: Tuneli tüstü bürüyüb – FOTO

15-03-2017, 22:21

Xeberman.com APA-ya istinadən xəbər verir ki, hazırda sərnişinlərin “28 may” metro stansiyasına girişi bərpa olunub.

21:10

Bakı metropolitenində tuneldə baş verən tüstülənmə ilə əlaqədar sərnişinlər təxliyə edilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin təcili tibbi yardım maşınları cəlb olunub.

İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər tüstüdən zəhərlənib.

20:32

Bakıda metroda tuneldə tüstülənmə olub.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hadisə “28 may” "Gənclik" stansiyaları arasındakı tuneldə baş verib: “Hazırda metropoliten əməkdaşları əraziyə baxış keçirir. Tüstülənmə qatarların hərəkətinə hər hansı maneçilik törətməyib. Qatarlar hərəkətini normal qrafiklə davam etdirir”.


Administratorla əlaqə

077 611-55-22

[email protected]