Siyasət

Federika Mogerininin Azərbaycana səfəri başlayıb

29-02-2016, 10:37
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Azərbaycana səfəri başlayıb.
 
APA-nın xəbərinə görə, səfər çərçivəsində F. Mogerininin Azərbaycanın rəsmi şəxsləri, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri olacaq.
 
F. Mogerininin, həmçinin, Azərbaycanda səfərdə olan Avropa Komissiyasının enerji məslələri üzrə vitse-prezidenti Maroş Şevçoviçlə birgə "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının II iclasında iştirak edəcəyi gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]