Dünya

​Avropa İttifaqı Moldovada münaqişə tərəflərini dialoqa çağırıb

20-01-2016, 21:42
Avropa İttifaqı (Aİ) Moldovada münaqişə tərəflərini dialoqa və səbirli olmağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin bəyanatında bildirilir.
Avropa İttifaqı hesab edir ki, bütün tərəflər sakitlik və təmkinliliyə əməl etməlidir.
"Biz ölkədə bütün maraqlı tərəfləri dialoqda iştirak etməyə və Moldova Respublikası üçün birlikdə irəliyə yol axtarmağa çağırıb", - deyə bəyanatda qeyd olunub.

Sənəddə bildirilir ki, Aİ-nin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini qurumun Kişinyovdakı nümayəndə heyəti ilə sıx əlaqədədir və vəziyyəti izləyir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]