Gündəm

Hüsnü Mübarəkə bəraət verilib

2-03-2017, 23:33
Hüsnü Mübarəkə bəraət verilibMisir Yüksək Apelyasiya Məhkəməsi keçmiş prezident Hüsnü Mübarəkin 2011-ci ildəki etiraz nümayişləri zamanı nümayişçilərin ölümündə günahsız olduğuna qərar verib. Məhkəmədən verilən açıqlamada Mübarəkin bəraət etdiyi bildirilib.

Məlum olduğu kimi, Mübarək 6 il əvvəl paytaxt Qahirədəki etiraz nümayişləri zamanı 800-dən çox adamın ölümündə günahkar bilinirdi. Bu etiraz nümayişləri nəticəsində Mübarək istefa vermək məcburiyyətində qalmışdı.

Apelyasiya iddiası 2015-ci ilin noyabr ayında başlamış, ancaq 88 yaşındakı Mübarəkin sağlamlıq problemləri səbəbindən məhkəmə təxirə salınmışdı. Misirin keçmiş lideri Mübarək sağlamlıq problemləri ilə bağlı Qahirədə hərbi xəstəxanada tutulur.

Mübarək məhkəmə başlanandan bəri ilk dəfə prosesə qatılıb. O, məhkəmə zamanı günahsız olduğunu bildirib. Yekun nəticədə, Yüksək Apelyasiya Məhkəməsinin qərarının qəti olduğu və etiraz şikayətinin verilmə imkanı olmadığı bildirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]