Əsas Səhifə / Xəbərlər

Şəhidimizin cənazəsi Ordubada yola salınır – FOTO

28-02-2017, 12:39

Oxu.Az criminal.az-a istinadən xəbər verir ki, hava limanında böyük izdiham yaşanır.

Bakı beynəlxalq aeroportundan Oxu.Az-a verilən məlumata görə, hava şəraiti ilə əlaqədar şəhidin nəşini aparacaq təyyarə gecikir. Təyyarənin bu gün saat 12:00-da Naxçıvana yola düşəcəyi gözlənilir.

Xatırladaq ki, yeddi ay əvvəl toy edib cəbhəyə qayıdan T.Həşimli ata olacaqdı. Lakin Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olub. Onunla yanaşı digər 4 şəhidin nəşi döyüş meydanında qalmışdı. Dünən şəhidlərin nəşi neytral ərazidən təxliyə edilib.









Administratorla əlaqə

077 611-55-22

[email protected]