Əsas Səhifə / Ölkə

Prezident İlham Əliyev Şəhid Çingiz Qurbanovun ailəsi ilə görüşəcək - VİDEO

8-02-2017, 23:38

Azərbaycanın sonuncu Milli Qəhrəmanı Çingiz Qurbanovun layiq görüldüyü (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” medalını sabah Ali Baş Komandan İlham Əliyevin şəhidin ailə üzvlərinə şəxsən təqdim edəcəyi gözlənilir.

İstiPress-in Şimal bürosunun məlumatına görə, bu barədə qəhrəmanın atası Salman Qurbanov məlumat verib. Hal-hazırda şəhidin yas mərasimi keçirilir və onlar mərasimdən sonra Bakıya yola düşəcəklər.

Azərbaycan prezidenti İlham Əliyev ötən gün Çingiz Salman oğıu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb. O, bu ada Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə layiq görülüb.

Qeyd edək ki, Ç. Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Ç.Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]