Dünya

İran 2016-cı il büdcəsində neftin baza qiymətini açıqladı

29-12-2015, 14:33
İran 2016-cı il büdcəsində neftin baza qiymətini açıqladı

İran 2016-2017-ci illər üçün dövlət büdcəsində neftin baza qiymətini 40 dollardan hesablayıb. 

Xeberman.com-un Rosbalt-a istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijən Namdar Zəngənə deyib. 

Onun sözlərinə görə, növbəti il üçün xam neftin qiyməti neft bazarındakı dəyişiklikdən asılı olacaq.

"Əvvəlcədən pis ssenari fikirləşmək lazım deyil. Bazar tərəddüdlərə meyilli olsa da, büdcədə neftin qiymətinin nəzərə alınmasından əvvəl lazımi işlər görülüb, təhlillər aparılıb”, - deyə neft naziri neftin dahada aşağı düşməsi ehtimalı ilə bağlı suala cavab olaraq bildirib. 

Nazir həmçinin qeyd edib ki, 2015-ci ilin birinci yarısında İran nefti bir barelə görə, təxminən 54 dollardan satılıb. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2016-cı il üçün dövlət büdcəsində neftin baza qiymətini 29 dollardan götürüb. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]